İspaniya La Liqasında 27-ci turun sonuncu oyununda "Barselona" autsayder "Ueska"nı qəbul edib.

Görüş məhsuldarlığı ilə diqqət çəkib. İlk hissədə 3 qol vurulub. 13-cü dəqiqədə Lionel Messi meydan sahiblərini irəli keçirilib. Argentinalı superulduz  ardıcıl 13 mövsüm 20 qol həddinə çatan ilk futbolçu kimi İspaniya çempionatı tarixinə düşüb. 35-ci dəqiqədə fərq artıb. Bu dəfə Antuan Qrizman fərqlənib. Qonaqlar fasiləyə kimi qollardan birinin əvəzini çıxıblar. Rafael Mir penaltini dəqiq yerinə yetirib. 2-ci yarıda Kataloniya futbolçuları rəqibi daha 2 dəfə cəzalandıraraq böyük hesablı qələbəni təmin ediblər. 53-cü dəqiqədə Oskar Mingesa diqqət mərkəzinə düşüb. Vaxtın tamamında Lionel Messi dubl edərək mübarizəyə nöqtə qoyub:  "Barselona" - "Ueska" 4:1.

Ronald Kumanın komandası ardıcıl 4-cü oyunda qələbə qazanaraq lider "Atletiko" ilə xal fərqini 4-ə qədər azaldıb. Kataloniya futbolçuları hazırda 59 xalla 2-ci, "Real" 57 xalla 3-cü pillıdədir.